Yeni kuir təşəbbüs: Queerdian

Bu ilin noyabr ayında yerli LGBTIQ+ vətəndaşların mövcud sosial-siyasi təmsilçiliyi və LGBTIQ+ vətəndaşlara qarşı hər cür təzyiqlərə qarşı mübarizə aparmaq məqsədilə Queerdian adlı yeni təşəbbüs yaradılıb.

Təşəbbüs LGBTIQ+ vətəndaşlarının bütün əsas hüquq və azadlıqlarının təmin olunduğu təhlükəsiz və qanuni cəhətdən əlverişli mühit üçün çalışacağını elan edib. 

Queerdian Azərbaycanda LGBTIQ+ vətəndaşlarının ehtiyaclarını və hüquqlarını cəmiyyətin dərk etməsi üçün yaxşılaşdırılması, daha yaxşı məlumat resurslarının yaradılması və saxlanılmasına öz töhfəsini vermək istəyir və “Azərbaycanda ictimai yaddaşı queerləşdiririk!” şüarı ilə fəaliyyət göstərir.

Təşəbbüsün təsisçisi Leyla Həsənova Minority Azərbaycana bildirib ki, onlar tədqiqat və hesabatlar üçün hüquq-mühafizə orqanlarına LGBTIQ+ zərərçəkənlərlə əlaqəli göndərdikləri sorğulara adekvat və doğru cavab ala bilmirdilər. 

“Məsələn, məruz qaldığı zorakılıqla əlaqəli polisə şikayət etdiyi haqqında sosial şəbəkədən paylaşım edən kuir vətəndaş/aktivisti görürdük. Lakin həmin periodu əhatə edən sorğuya cavab olaraq hüquq-mühafizə orqanlarının LGBTIQ+lar tərəfindən hansısa şikayət müraciəti almadıqlarını deyirdi. Yaxud zorakılığa məruz qalan queer aktivist məsələni ictimailəşdirsə də, media orqanları bu halı ictimailəşdirməkdə öz dəstəyini göstərməkdən yayınırdı”, - Leyla deyir.

Leylanın sözlərinə görə, bu və bənzəri bir çox hallar cəmiyyətdə LGBTIQ+fobiyanın sistematikləşdirilməsi və institusionallaşması mənasına gəlir. Bu isə o deməkdir ki, ölkədə kuir vətəndaşların reallığı reallıq kimi qəbul edilmir, hüquq-mühafizə orqanları bu şikayətləri qəbul etmir və nəticədə kuir reallıqlarla əlaqəli data olmamış olur. Queerdian da məhz LGBTIQ+ların sosial siyasi datasını formalaşdırmaq və vahid sistem tərtib etmək üçün yaradılıb.




Powered by Froala Editor