Müəllif: Jeff Taylor

Hiter Lündberq Qrin oğlunun sevildiyini və heyran olunduğunu bilməsi üçün yaradıcı bir yol tapıb. Luivil, Kentakidə yaşayan ana oğlunun transgender kimi ortaya çıxmasını (coming out) və onun 20-ci doğum gününü sürətlə yayıldıqdan sonra qəlbləri fəth etmiş "Bu oğlandır" mövzulu foto çəkilişi ilə qürurlandırdı. Hiter Lündberq Qrin şəkilləri əvvəlcə Facebook sosial şəbəkəsində sevgi və dəstək ismarıcı başlıqları ilə paylaşmışdı. Cəmi bir həftədən sonra onun paylaşımı 15000 dəfədən çox paylaşılmışdı. 


Oğlu Adrian Luivil Universitetində təhsil alır. O, anası və kiçik qardaşı Lukasa sentyabr ayında açılmışdı. 

“Səmimi desəm, o mənə keçid dövründə olduğunu deyəndə bu səyahətdə ona dəstək olacağımı qətiləşdirdim, bunu necə edəcəyimi bilmirdim” - Qrin deyib. “Mənim hər zaman LGBTİ icmasından olan dostlarım olub, di gəl ki, yenə də bir ana kimi hansı addımları atacağımı bilmirdim və hətta “mən səni sevirəm”-dən başqa hansı uyğun cavabı vermək lazım olduğunu bilmirdim. 


Çəkiliş ideyası gəldi, çünki düşünürəm ki, onun həyatında bir çox mühüm mərhələni qeyd etdiyim kimi, bunula da təbii olaraq qürurlanmalı idim". 

"Mən Adriana gördümlərindən daha çox dəstək olduğunu sübut etmək istəyirdim" transgender icma içərisində intihar cəhdi hallarının narahatlıq verici statistikasını qeyd edərək dedi,  və həmin tədqiqat rahatlayıcı ev mühitində böyüməkdə olan trans uşaqlara daha ədalətli olduğunu göstərir. 



"Biz keçid mərhələsinə başlayandan və bu yeni səfərlə daha rahat olandan sonra bu mühüm məqamımızı dostlarımızla bölüşmək istəyirdim".

Qrin əlavə edir ki, "ümid edirdim ki, bu onları dostları ilə bölüşməyə təşviq edəcək, bununla da, insanlar keçid dövrünü bir çoxlarının “təcrid olunmuş və xəstəliyə yoluxmuş” kimi deyil, sevinc və sevgi ilə də mümkün olduğunu görəcəklər. 

Onun bu etdikləri artıq uşaqları yaxın zamanda transseksual kimi ortaya çıxan valideynlərə də təsir edir.


"Bir neçə nəfər bu fikri oğurlamaq istədiklərini məndən soruşub, mənim cavabım isə ’Əlbəttə, oğurlayın!’ olub. Mən həqiqətən çox sayda insan mənim paylaşımı bölüşdüyü üçün şərəf duyuram; bu mənim ailəmə dünyaları bəxş edir!" deyən Qrin, onun fotoşəkil çəkməsinə dəstək alması "gücləndirici və həvəsləndirici" olduğunu əlavə etdi.

"Dünyada hələ də yaxşı şeylər var və LGBTQIA icması xaricində bütöv bir icmanın dəstəyi var və onlar bu sevgini, qəbullanmanı göstərməyə hazırdır. Aldığımız minlərlə mesajdan yalnız bir nəfər nifrətə yağdırdı ... bu özlüyündə çox şey ifadə edir!"

Adrian Good Morning America-ya kaminq autunun yazdığı paylaşımın çox adam çatmasını "bir az qorxuducu, lakin həyəcanverici" olduğunu söyləyərək, "bu paylaşım sayəsində keçid dövründə bəzi əjdaha yoldaşlar da qazandığını" dedi.

"Gözəl zamanlar idi və məni dəstəkləyəcək belə gözəl bir ailəyə sahib olmaq çox gözəl hissdir.”


Mənbə: LOGO New Now Next