Zorakılıqda ittiham olunan neo-nasist məhkəmə qarşısına çıxıb
Drag Queen Story Hour tədbiri zamanı zorakılıqda ittiham olunan neo-nasist məhkəməyə çıxarılıb
22/Sep/22
1129
Drag Queen Story Hour tədbiri zamanı zorakılıqda ittiham olunan neo-nasist məhkəməyə çıxarılıb
NSC-131 neo-nasist qrupunun qurucusu Drag Queen Story Hour tədbirinə etiraz edərkən zorakılıq etmə ittihamı ilə məhkəmə qarşısına çıxıb.
NSC-131 2019-cu ildə yaradılmış irqçi, antisemit, neo-nasist qrupdur. NSC hərfləri “Millətçi Sosial Klubu” (Nationalist Social Club), 131 isə ACA hərflərini təmsil edir - “Anti-Kommunist Fəaliyyət” (Anti-Communist Action).
23 yaşlı Chris Hud Massaçusetsdə yerləşən NSC-131-in qurucusu və lideridir və 23 iyul 2022-ci ildə Yamayka Plaində uşaq kitabları ilə bağlı tədbirə qarşı mitinqdə dava salmaqda – iki və ya daha çox şəxslə ictimai yerdə “qanuni olaraq orada olan şəxsləri terrora məruz qoymaqda” – ittiham olunub.
Etirazçılar şüar səsləndirib və əllərində “Pedo pisliyi. Küçələrimizdən rədd olun" yazısı olan bannerlər tutublar. Daha iki kişi də həbs edilib, lakin ittihamlar geri götürülüb.
Hud bazar ertəsi 19 sentyabrda məhkəməyə qədərki dinləmə üçün məhkəməyə gəlib və bu işdə təmsilçisinin özü olacağını bildirib.
MassLive- xəbər portalının məlumatına görə, Hud hakim Kathleen Coffeyə deyib: “Mən hələ şəxsi vəkil tapmamışam və müdafiəmi hazırlamaq üçün daha çox vaxta ehtiyacım var. Mən bir neçə dəqiqə əvvəl polis məruzəsini və buna bənzər şeyləri aldım ... Hələlik təmsilçim özüm olmaq istəyirəm."
Powered by Froala Editor