Haqqımızda

Biz kimik?

      Biz 2015-ci il Dekabr ayında Azərbaycanın ilk və yeganə onlayn LGBTI jurnalı “Minority Jurnalı” olaraq yola çıxdıq. Jurnalımız 3 il ərzində LGBTI sahəsində müxtləlif – elmi, yaradıcı, psixoloji mövzuları araşdıraraq dərc etmişdir. İlk olmağın verdiyi həyacan və qürür hissi ilə yanaşı, bu ilkin məhz 2015-ci ildə olması, əslində cəmiyyətimizin geriliyindən xəbər verir. Bütün bunlara baxmayaraq, fəaliyyətə başladığımız gündən intelektual, əyləncəli, yaradıcı və faydalı məlumatlarla bu boşluğu doldurmağa çalışdıq. 3 il ərzində 9 sayımız işıq üzü gördü və öz oxucu kütləmizi toplamağı bacardıq.
      Fəaliyyətimiz bundan sonra online informasiya portalı olaraq davam edəcək. Biz dünyada və ölkəmizdə baş verən hadisələri, məhşur insanlarla müsahibələri, şəhər sorğularını və həmçinin oxucularımızdan gələn məqalələri öz saytımızda dərc edirik. Saytımız vasitəsilə biz həmçinin hüquqi və psixoloji yardım göstərməyi də öhdəmizə götürmüşük. Bunun üçün xüsusi “Psixoloqa sual” və “Hüquqşünasa sual” bölmələri yaratmışıq.

Missiyamız?

       Biz inanırıq ki, dünyanın daima hərəkətli olduğu və bütün ayrı-seçkiliklərin silinərək məhv edildiyi bir dövrdə Azərbaycanda kvir (queer) insanların cəmiyyətdə qəbul edilməsi vacibdir. Yeni "MINORITY" xəbər portalını yaratmaqla, əsas məqsədimiz cəmiyyətdə illərdir LGBTI insanları haqqında formalaşan yalnış fikirləri dəyişdirmək, insanları bu mövzularda maarifləndirmək, cəmiyyətin bütün üzvləri arasında bərabərliyi təşviq etməkdir. Biz azərbaycandilli internet seqmentində LGBTI mövzusunu tolerant işıqlandıran materialların azlığını nəzərə alaraq, öz istiqamətimizi daha da genişləndirməyi hədəfə aldıq. Saytımızda LGBTI və gender mövzulu elmi, psixoloji istiqamətli məqalələr, müsahibələr, ölkədə gender və LGBTI mövzusunu əhatə edən tədbirlər haqqında elanlar və xəbərlər yer alacaqdır.
       MINORITY portalının əsas məqsədi insanlarımızın tabu hesab etdiyi mövzularda daha çox maariflənməsinə kömək olmaqdır. Oxumasaq bilmərik, bilməsək başa düşmərik, başa düşməsək isə, kömək ola bilmərik. Bu jurnal bir növ azlıq hesab edilən insanların səsidir, onların dünyasına intelektual, əyləncəli və kreativ baxışdır, var olan şeylərin əksidir. Unutmayın! Azlıq olmaq, zəif olmaq demək deyil! Hər birimizə uğurlar!

İnandığımız Dəyərlər?

  • Müxtəliflik
  • Bərabərlik
  • Təhlükəsizlik