Feminist kitabxana istifadəyə verilib

Feminizm və kuir məzmunu əhatə edən 4 dildə 161 kitab və jurnaldan ibarət Feminist Kitabxana artıq oxuculara açıqdır. Bu haqda təşəbbüsün qurucusu Gülnara Mehdiyeva öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, kitabxana müxtəlif insanların kitab və pul ianəsi sayəsində ərsəyə gəlib və Baku Community Space-də təmənnasız fəaliyyət göstərir. Oxucular kitabları bir ay müddətinə götürə oxuya bilərlər. 

Kitabların tam siyahısını burdan görmək olar. Hansı kitabların əldə olduğunu, hansıların isə oxucular tərəfindən artıq götürüldüyünü öyrənmək üçün onun şəxsi Facebook və ya Twitter hesablarına yazmaq olar. 

Powered by Froala Editor