Rita Oranın qalmaqallı tişörtü
Sevgililər Günü üçün geyindiyi tişörtlə Rita Ora qan edir, hər yerdə dəymə-düşər homofobları tətikləyir Müğənni 14 Fevral İnstaqramda istəksiz bir şəkildə əyləncəli cəhaləti təşviq etmiş oldu.
19/Feb/19
8005
Rita Oranın qalmaqallı tişörtü
Rita Oranın həftə sonu Sevgililər Günü münasibətilə LGBT icmasına dəstək olaraq geyindiyi tişört dərhal kövrək homofobların, həqiqətən də necə istəksizcə həyəcanverici vəziyyətə gəlib çıxdığını göstərdi.
Bütün bunlar keçən il “Girls” (Qızlar) sinqlından, müğənninin qadınlarla olan münasibətlərindən açıq şəkildə danışmasından və “Let you love me” (“Məni sevməyinə izin ver”) mahnısından sonra başladı, 14 Fevral günü hardasa Nyu Yorkda açıq şəkildə öpüşən kişiləri təsvir edən tişörtlə qan elədi.
Rita İnstaqramda sevgi dolu bir mesajla aşiqanə görünüşünün bir neçə şəklini paylaşaraq: “Bu gün sevdiyiniz hər kəsi öpün. Sevgililər Gününüz Mübarək" - yazdı.
28 yaşlı ulduzun üst geyimi model və gerçək cütlük olan Edoardo Velicskov və Pablo Roussonun Vogue Italiyanın 2017-ci ilin sentyabr tarixli sayının üz qabığında yaddaşlarda qalan görünüşünü əks etdirir.
Baxışları cəlb edəb dəb seçiminə çoxlu sayda sevgi və dəstək olmasına baxmayaraq, anti-gey briqadası istər-istəməz öz əsəblərini pambıq və poliester qarışığı olan parçanın üstünə boşaltmaq üçün rəy bölməsini kirlətməyə başladı.
"Sevgililər gününün bəzi insanların gündəmə gəlməsi üçün deyil, ürəyə yaxın olan birinə qarşı sevgini qeyd etmək üçün olduğunu düşünürdüm. Zor deyil, Rita", - bir istifadəçi qeyd etmişdi.
Başqa bir qəzəbli klaviatura pəhləvanı: “Görünür, beyin hüceyrələrində nəsə bir əskiklik var” - deyə, əlavə etmişdi: “Tanrı insanları yaradanda Adəm ilə Həvvanı yaratmışdı, Adəm ilə Rəvanı yox.”
Əlbəttə, homofoblar inanılmaz cahil canlılardır, onların bir çox şərhləri absurd yumor ilə məhdudlaşır.
"İncil könül yoldaşını tap dedi, sadəcə yoldaşını deyil. Səni sevirəm, balam", - idollarının LGBT icmasından olmasına görə faciəvi bir şəkildə xəbərsiz olan bir fanat narazı şəkildə yazmışdı.
Başqa bir tumurcuqlayan sosioloq: "Tezliklə, qadınlar üçün kifayət qədər kişi qalmayacaq, gakg (götüm açılana kimi güldüm), çünki hamısı dəyişir. Başa düşə bilmirəm, yeməklərdə bu qədərmi çox hormon var ki, kişiləri feminin edir", - deyə, yazmışdı.
Bir neçə yaxın dostunun gey olduğunu iddia edən bir qız nəzakətli bir şəkildə geylərin öz əlaqələrini “qucaqlaşma və əl-ələ tutma” ilə məhdudlaşdırmalarını tələb etmişdi.
“Mən geylərə nifrət etmirəm. Əslində, bir neçə yaxın dostum var ki, geydirlər. Yeganə xoşum gəlməyən şey onların öpüşməsidir. Qucaqlaşmaq və əl-ələ tutmaq normaldır. Lakin öpüşmək mənə nəsə qəribə gəlir”,- deyə qeyd etmişdi.
Güman ki, bütün bunları kasad qəlbli birinin məzlum-məzlum yazdığı: “Bunu öz zaman cizgimdə görmək istəmirəm, necə edim ki, görməyim” - rəyi ilə gözəl bir şəkildə yekunlaşdırmaq olar.
Emm, bəlkə izləməməkdən, hesabını silməkdən başlayasan, və - sadəcə təhlükəsizlikdə olmaq üçün - əsla, bir daha əsla ön qapını açmayasan, əzizim.
Mənbə: Attitidue UK