Maddə 25 Aylıq Bülleteni dərc olunub
Maddə 25 təşəbbüsü Aylıq Bülletenin birinci sayının dərc olunduğunu elan edib
15/Nov/22
1652
Maddə 25 Aylıq Bülleteni dərc olunub
Maddə 25 təşəbbüsü Aylıq Bülletenin birinci sayının dərc olunduğunu elan edib.
Bülletendə cinsi zorakılıqla bağlı oktyabr ayına dair təhlilin nəticələri paylaşılıb, eləcə də gender məsələləri ilə əlaqədar yeniliklər barədə məlumat verilib.
Həmçinin oktyabr ayı üçün qadına qarşı zorakılıq hallarının xronologiyası oxuculara təqdim edilib.
Maddə 25, Azərbaycanda gender məsələri və əlaqədar siyasətlə bağlı məlumatları işıqlandıran, müstəqil fəaliyyət göstərən və gəlir məqsədi güdməyən Aylıq Bülletendir. Maddə 25 gənc təşəbbüs qrupu olaraq, cəmiyyətdə gender bərabərliyinə nail olmaq məqsədini əsas götürərək fəaliyyətə başlayıb. Məqsəd – ölkədə gender məsələlərini təqib və aylıq monitorinq etmək; monitorinq nəticələrinə əsaslanan genderə həssas və gender-spesifik məzmun yaratmaq; gender məsələləri və gender siyasəti ilə bağlı məlumatlılığı artırmaq; Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci Maddəsinin – Bərabərlik Hüququnun təmin edilməsi yönündə vəkillik aparmaqdır.
Powered by Froala Editor