Macarıstan LGBTİ+ fobik təhsil qanunu müdafiə edir
Macarıstan insanlara seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkilik etməkdə ittiham olunan təhsil qanununu AB Ədalət Məhkəməsində müdafiə edir
10/Mar/23
1015
Macarıstan LGBTİ+ fobik təhsil qanunu müdafiə edir
Macarıstan insanlara seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkilik etməkdə ittiham olunan təhsil qanununu AB Ədalət Məhkəməsində müdafiə edir. Bu barədə Reuters xəbər verib.
Ədliyyə naziri Judit Varga Facebook-da hökumətin əks iddia irəli sürdüyünü və təhsilin milli məsələ olduğunu müdafiə etməyə davam edəcəyini açıqlayıb.
2021-ci ilin iyununda Macarıstanın anti-LGBTİ+ kampaniyası parlamentin məktəblərdə homoseksuallığı və gender dəyişikliyini təbliğ edən materialları qadağan edən qanunu qəbul etməsi ilə geniş vüsət alıb.
Hökumət qanunun LGBTİ+ icmasını hədəf almadığını, uşaqları qorumaq məqsədi daşıdığını iddia edib.
Varga hökumətin uşaqları qorumağa və əlavə tədbirlər görməyə davam edəcəyini söyləyib, lakin onların nə olacağını dəqiq açıqlamayıb. Qanun hüquq qrupları, AB və üzv dövlətlər tərəfindən tənqid edilib.
Avropa Komissiyası iyul ayında Macarıstana qarşı qanunun LGBTİ+ların ifadə və təhsil azadlığını pozduğunu əsas gətirərək məhkəmə prosesinə başlayıb. İndi bu demokratiya və insan haqları ilə bağlı gərginliyi artıran işə AB-nin ən ali məhkəməsi baxacaq.
Powered by Froala Editor