Avstraliyada iki gey kişiyə hücum olub

Qərbi Avstraliyanın Pert şəhərində homofobik hücum kimi təsvir edilən hücumda iki gey kişi qan içində qalıb və yaralanıb.

Adrian Lea və Meredith DC bazar günü, aprelin 9-u səhər saatlarında Şimal körpüsündən keçərkən hücuma məruz qalıblar. Hücumdan sonra hər iki kişi qan içində qalıb, Leanın burnu sınıb.

Cütlüyün dostu Llisa Llewis hadisə ilə bağlı Facebook-da yazıb və hücum edənləri "aşağı həyat tərzi keçirən, nifrətlə dolu özgüvənsiz əclaflar" kimi təsvir edib. Llewis günahkarların əməllərinə görə ittiham olunacağına ümid etdiyini bildirib. 



Powered by Froala Editor