Göy Qurşağı Vəkilliyi Akademiyası 2023-2024
Nəfəs LGBTİ Azərbaycan Alyansı Azərbaycanda dəyişiklik yaratmaq istəyində olan LGBTİ+lar üçün “Göy Qurşağı Vəkilliyi” Programını elan edib
08/Nov/23
992
Göy Qurşağı Vəkilliyi Akademiyası 2023-2024
Nəfəs LGBTİ Azərbaycan Alyansı Azərbaycanda dəyişiklik yaratmaq istəyində olan LGBTİ+lar üçün “Göy Qurşağı Vəkilliyi” Programını elan edib.
Nəfəs LGBTİ Azərbaycan Alyansının bildirdiyinə görə, son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanıb.
“Lakin, ölkədəki LGBTİ+ aktivizmindəki artmaqda olan bu fərqindəlik aktivizm marağında olan LGBT+ların bilik, bacarıq və adekvat resurslara çıxışının arzuolunan dərəcədə əl çatımlı olmaması səbəbindən hələ də natamam olaraq qalır.”
Bu istiqamətdə mövcud boşluqların doldurulmasına töfvə vermək üçün Nəfəs LGBTİ Azərbaycan Alyansı 7 aylıq “Göy Qurşağı Vəkilliyi” Proqramını təqdim edib.
Program icma ilə iş təcrübəsi, o cümlədən, bənzər proqramlar, masaüstü tədqiqat və ekspertlərlə məsləhətlər əsasında tərtib edilib.
Proqramın əsas məqsədi yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən onların ictimai iştirakçılığını dəstəkləmək olduğu bildirilib.
İştirakçı seçimində üstünlük təmsilçiliyi az görünən, xüsusən də trans və intersekslərə və regionlardan olan LGBTİ+lara veriləcək. Proqramda iştirak icmadan olan hərkəsə açıqdır.
İştirak etmək üçün qeydiyyat linkinə keçid edin.
Powered by Froala Editor