Gürcü ultra-sağçıları LGBT Qürur yürüşünə qarşı
LGBT Qürur həftəsi 18-23 İyun tarixləri arasında Tiflisdə keçiriləcək
03/Mar/19
3437
LGBT Qürur həftəsi 18-23 İyun tarixləri arasında Tiflisdə keçiriləcək və Tbilisi Pride tərəfindən təşkil olunacaq.
Tədbirə hazırlıqlar artıq başlayıb və tədbirin ilkin proqramı açıqlanıb.
Lakin yayılan xəbərlərə bir çox insan qəzəbli reaksiya verdi - ultra-sağçılar Tiflisdə keçiriləcək gey-parada icazə verməyəcəklərini vəd etdi.
"Biz gizlənməyəcəyik, çünki belə yaşamaq dözülməzdir."
Tədbirin təşkilatçıları deyirlər ki, Tiflisdə dörd müxtəlif tədbir keçiriləcək:
1) Franz Kafkanın çevrilməsinin qoyuluşu;
2) Gürcüstanda LGBT şəxslərin vəziyyətinə dair beynəlxalq konfrans və bu məsələdə hakimiyyətin siyasəti;
3) Qürur həftəsi bayram şənliyi ilə deyil, March of Dignity (Ləyaqət Marşı) ilə başa çatacaq. Bəyanatda deyilir ki, bu gün Gürcüstanda kvir insanların bayram etmək üçün səbəbləri çox azdır.
4) Həftəni sona çatdırmaq üçün qapalı "Pride Party" (Qürur partisi) təşkil olunacaq.
Tbilisi Pride tədbir iştirakçılarının təhlükəsizliyinin dövlət təhlükəsizlik xidmətləri və səlahiyyətlilər tərəfindən təşkil olunacağını söylədi.
Ultra-sağçıların cavabı: "Biz pozğunluğun təbliğatına icazə verməyəcəyik.”
Qürur yürüşünə dair xəbərlər elan edildikdən dərhal sonra ultra-sağçılar Gürcüstanda "gey-paradın" keçirilməsinə icazə verməyəcəklərinə dair açıqlamalar verdi.
Gürcüstanın Marşı təşkilatının lideri Sandro Breqadze LGBT fəallarını "homoseksual təbliğatdan çəkinməyə" çağırıb.
"Əgər polis parad iştirakçılarını qoruyacaqsa, Gürcüstan Marşının üzvləri onlara "atalarımızın xainlərlə davrandığı kimi" davranacaq”, - deyə, Breqadze deyib.
Mənbə: Jam News