Moldovanın keçmiş prezidenti “LGBT təbliğatı” haqqında danışıb
Moldovanın keçmiş prezidenti “LGBT təbliğatı” səbəbindən uşaqların gələcəyindən narahatdır
13/Mar/24
1542
Moldovanın keçmiş prezidenti “LGBT təbliğatı” səbəbindən uşaqların gələcəyindən narahatdır
Moldovanın keçmiş prezidenti, ən böyük müxalifət partiyası olan Sosialistlər Partiyasının lideri İgor Dodon dövlət başçısı Maia Sandunu və hakim Fəaliyyət və Həmrəylik Partiyasını (Partidul Acțiune și Solidaritate) ailə dəyərlərini “məhv etməkdə” və təhsil müəssisələrində “LGBT təbliğatını” təbliğ etməkdə ittiham edib.
“Mən məktəblərimizdə LGBT təbliğatının əleyhinəyəm. Mən övladlarıma bu barədə sinifdə danışılmasının əleyhinəyəm. Sandu ilə bu mövzuda danışacaq heç nə yoxdur, amma mənə çox maraqlıdır ki, parlamentin spikeri İgor Grosu və baş nazir Dorin Recean bunu uşaqları üçün istəyirmi? Mən 100% əminəm ki, yox”, - Dodon Exclusive TV-də deyib.
Qeyd edək ki, İLGA-Avropanın 2023-cü il Göy qurşağı xəritəsinə əsasən, Moldova LGBTQİ+ hüquqlarına görə Avropanın 49 ölkəsi arasında 39% nəticə ilə 24-cü yerdə qərarlaşıb.
Powered by Froala Editor