Gürcüstan “LGBT təbliğatına” qarşı qanun qəbul etmək istəyir
Gürcüstan “LGBT təbliğatı və psevdoliberal dəyərlərə” qarşı qanun qəbul etmək istəyir
24/Mar/24
1190
Gürcüstan “LGBT təbliğatına” qarşı qanun qəbul etmək istəyir
Gürcüstan “LGBT təbliğatı və psevdoliberal dəyərlərə” qarşı qanun qəbul etmək istəyir. Bu təşəbbüslə hakim “Gürcü arzusu” partiyası çıxış edib.
Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası “psevdoliberal dəyərlər, o cümlədən LGBT təbliğatı” ilə mübarizə üçün qanun layihəsinin təşəbbüskarıdır. Bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.
Mdinaradze açıqlamasında bildirib ki, bəzi “dost ölkələrdə” uşaqlara valideynlərinə ana və ata deyə müraciət etmək qadağandır. Onun həmçinin istinad etdiyi “beynəlxalq araşdırmalara” görə “psevdo-liberal ideologiyası” olan ölkələrdə LGBTQİ+ gənclərinin sayı “təxminən 20%, bəzi yerlərdə isə daha çox” olur. Lakin o, təbii ki, təqdim etdiyi məlumatı hansı araşdırmaların təsdiqlədiyini açıqlamayıb. Onun fikrincə, “destruktiv qüvvələr” kino məhsullarının köməyi ilə Gürcüstanda gey-paradlar keçirmək və “ölkəni pozmaq” cəhdləri edir. Mdinaradze hesab edir ki, Gürcüstan vətəndaşları avropaçılıq müqabilində öz milli kimliklərindən və adət-ənənələrindən əl çəkməyəcəklər.
Powered by Froala Editor