Çal, kuir, çal: pop musiqi, kimlik və kuirlik
Müasir cəmiyyətlərdə musiqi həmişə var
02/Apr/24
2940
Çal, kuir, çal: pop musiqi, kimlik və kuirlik
Müasir cəmiyyətlərdə musiqi həmişə var. Ondan əyləncə, bayram və şənliklər, istehlakçı davranışlarımıza təsir etmək, qəzəbli kütlələri sakitləşdirmək və orduları müharibəyə sövq etmək üçün istifadə olunur. Musiqi bu və bir çox başqa məqsədlərə xidmət etsə də, Minority Azərbaycan redaksiyasının əsas marağı musiqinin fərdlərdə kimlik hissini necə yaratmağa, inkişaf etdirməyə və həmin kimliyi ifadə etməyə kömək etmək bacarığıdır. Musiqi fərdi və ya kollektiv şəkildə hazırlana, ifa oluna və istehlak edilə bilən dinamik mədəni təcrübədir.
İnsanlar musiqidən əhval-ruhiyyələrini və davranışlarını tənzimləmək və həm özləri, həm də başqaları üçün özləri haqqında arzu olunan obrazı yaratmaq üçün istifadə edirlər. Musiqi zövqümüz və seçimlərimiz dəyərlərimiz və münasibətlərimizin mühüm ifadəsini təşkil edə bilər.
Musiqinin istehsalı və istehlakı performativdir, o, kimliklərin məcmusunu təşkil edir və bu, Batlerin cins, gender və seksuallıq kimi kimlik nəzəriyyələri ilə kəsişir.
Musiqi bizim bədənimiz, intim düşüncələrimiz, hisslərimiz və istəklərimiz vasitəsilə ifa etmək və onları intensivləşdirmək üçün bir yoldur.
Gender və seksual kimliklər də musiqidə və musiqi vasitəsilə subyektivlikləri kollektiv şəkildə ifadə edir. Üstəlik, musiqinin fərdi sosial mühitdə yerləşdirmə qabiliyyəti kuirlər kimi marginallaşmış insanları təmin etmək potensialına malikdir. Çünki müsiqi uzun müddət seksual repressiya vasitəsi kimi fəaliyyət göstərən publik/şəxsi dixotomiyanı aşmaq üçün bir vasitədir. Musiqi gender və seksual normalarla mübarizə aparmaq üçün kuir kimlik işində geniş şəkildə istifadə olunur.
ALİZADEnin musiqisi və kuirlik
ALİZADEnin musiqisi kuir ola bilər. Özünün də oxuduğu kimi, normaldan kənar olandan danışa bilər. Musiqi seksuallığa bənzəyən səs mühiti olsa da, çox vaxt istəklərin oyanması, ehtiraslanması və yönləndirilməsi ilə əlaqəlidir.
Musiqinin kimlik icrası üçün bir kanal olmasından əlavə, kuirlik və musiqi təcrübələri arasında bəzi təəccüblü paralellər var. Musiqi də kuirlik kimi təhlükəli, təxribatçı və azğın olaraq qurulub - onu yaradanlar, ifa edənlər və həzz alanlar və həzz dövriyyəsində fəal iştirak edənlər çox vaxt mənəvi möhkəmlikdə zəif olmaqda ittiham olunurlar və normal rejimlər üçün potensial təhlükə kimi görünürlər. Gey musiqişünas Filipp Brett bir dəfə dediyi kimi: “Yadda saxlamalıyıq ki, bütün musiqiçilər, kişi paltardəyişmə otağının dili ilə desək, petuxdurlar”.
Musiqinin seksual arzu və istəkləri, xüsusən də kuir istəkləri konstruksiya, ifadə etmək, stimullaşdırmaq və istiqamətləndirmək qabiliyyəti onu həm seksual mənalandırmanın dinamik rejiminə, həm də puritanistlər üçün mənəvi pozğunluğun təhdidedici agentinə çevirir.
Pop musiqiçilərinə qarşı panika və əxlaqi müqavimət bu gün də özünü göstərir. Pop sensasiyası olan Lady Gaga və onun hiper-feminin, hiperseksual və hermafrodit [bir vaxtlar Gaganın hermafrodit olması şayiəsi yayılmışdı] kimi təqdimatını düşünün. Və ya oxuduğu mahnılara görə Türkiyədən deportasiya olunan, hiperseksual, LGBTQİ+ları açıq şəkildə dəstək üçün paylaşan, Türkiyənin LGBTQİ+ icması daxilində çox dinlənilən, İstanbulda 8 mart aksiyasında ifadələri kuirləşdirilən ALİZADEni düşünün. Musiqi əksəriyyəti kuir olmayan, kuirlər tərəfindən yaradılmayan bir ictimai sferadır. Lakin musiqinin kuirliyə qoyulan məhdudiyyətlərin pozulmasına səbəb olan kuir dünya yaratmaq kimi imkanları var. Bu, kollektiv şəkildə təsəvvür edilən kuir gələcəklərin imkanlarını qabaqcadan görməyə imkan verir.
Powered by Froala Editor