Rusiyada “göy qurşağı” senzurası
Həştərxanda bir qadən "göy qurşağı" təsvir etdiyinə görə cərimə olunub
04/Apr/24
2335
Rusiyada “göy qurşağı” senzurası
Həştərxanda bir qadın "göy qurşağı" təsvir etdiyinə görə cərimə olunub.
Həştərxan məhkəməsi Oksana Saviçi “LGBT simvolları” kimi tanınan fotoşəkilləri dərc etdiyinə görə cərimələyib.
Həştərxan Kirovski Rayon Məhkəməsi Oksana Saviçi açıq şəkildə “ekstremist simvolları nümayiş etdirməkdə” ittiham edib. İnzibati protokolun tərtib edilməsinə səbəb VKontakte sosial şəbəkəsində yerləşdirilən şəkillər olub. Sova (Сова) araşdırma mərkəzi məhkəmənin qərarına diqqət çəkib.
Dərc edilmiş qərara əsasən, Oksana Saviç sosial şəbəkələrdə “ekstremist simvolları” olan şəkillər yerləşdirib. Məhkəmə “Göy qurşağı” adlı təsviri də belə simvolizm kimi təsnif edib. Məhkəmənin fikrincə, bu şəkil "ekstremist beynəlxalq LGBT birliyinin simvollarının fotoşəklidir”.
Powered by Froala Editor