Avroviziya 2025 Azərbaycan təmsilçisi bəlli olub
Mamagama Bazeldə səhnəni alovlandıracaq
04/Feb/25
341
Avroviziya 2025 Azərbaycan təmsilçisi bəlli olub
Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurovun verdiyi məlumata görə, Mamagama Bazeldə səhnəni alovlandıracaq.
Azərbaycan Bazeldə keçiriləcək 69-cu Avroviziya Mahnı Müsabiqəsində çıxış edəcək nümayəndəsini təqdim edib. Bu il ölkəmizi öz dinamik ruhu ilə fərqlənən Mamagama qrupu təmsil edəcək, bu barədə 12xal məlumat verib. Qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.
2021-ci ildə yaradılan Mamagama Azərbaycanın musiqi səhnəsində ən yenilikçi qruplardan biri olaraq özünü təsdiq edib. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən Kënga Magjike beynəlxalq musiqi festivalında çıxışı ilə tamaşaçıların qəlbini fəth edərək uğur qazanıb.
Mamagama 3 nəfərdən ibarətdir:
Asəf – Frontmen və əsas vokalçı
Hass – Gitara ifaçısı
Powered by Froala Editor