Trans qadınla nişanlanan oğlan yaşadığı kənddən qovulub
Azərbaycanın ucqar kəndlərindən birinin sakini olmuş şəxs Bakıda tanış olduğu trans qadınla nişanlandığı üçün kənddən qovulub
09/Feb/25
350
Trans qadınla nişanlanan oğlan yaşadığı kənddən qovulub
Azərbaycanın ucqar kəndlərindən birinin sakini olmuş şəxs Bakıda tanış olduğu trans qadınla nişanlandığı üçün kənddən qovulub, bu haqda olke.az saytı məlumat verir.
Saytın verdiyi məlumata görə, hadisə cənub rayonlarından birində baş verib. Sözügedən şəxs bir müddət əvvəl işləmək məqsədilə Bakıya üz tutub. O, Bakıda trans qadınla tanış olub və bir müddət Nərimanov rayonu ərazisində onunla yaşayıb. Bu müddət ərzində qadın həmin şəxsə maddi dəstək də göstərib.
Oğlanın ailəsi onun münasibətdə olduğu şəxsin trans kimliyindən xəbərsiz olub və onlara yaxın qohumların iştirakı ilə nişan mərasimi keçirib.
Lakin trans qadın bir müddət rayonda qaldıqdan sonra ailəsi onun səs tonundan şübhələnib. Cütlük Bakıya qayıdandan sonra isə oğlanın atası onları ayırmaq üçün oğlanı polisə şikayət edib və onu narkotik istifadəçisi olmaqda ittiham edib.
Vəziyyəti öyrənən kənd sakinlərinin cütlüyü kənddən qovduğu bildirilib.
Powered by Froala Editor