Feminist aktivist Rauf Heydərov həbs edilib

Feminist aktivist Rauf Heydərov bu ilin 8 mart tarixində Natavan heykəlinin qarşısında poster qaldırmaq cəhdindən sonra dünən, 10 mart tarixində polislər tərəfindən saxlanılaraq inzibati həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 30 gün müddətinə inzibati həbs seçilib.

Məhkəmədə bildirilib ki, Rauf Heydərov küçədə telefonla uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, daha sonra isə polisin qanuni tələbinə qəsdən tabe olmayıb.

Məhkəmədə Rauf Heydərov ittihamları rədd edib və bildirib ki, “Azadlıq” metrostansiyası yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq Binəqədi 5-ci polis bölməsinə dəvət edib və o, heç bir etiraz bildirmədən onlarla birlikdə polis bölməsinə gəlib.

Powered by Froala Editor