Macarıstanda anti-LGBTQİ+ qanunun qəbul edilib

Macarıstan parlamenti Konstitusiyaya yalnız iki cinsin – kişi və qadının tanınmasını nəzərdə tutan dəyişiklik qəbul edib. Bu barədə Toplum TV məlumat verib. 

Dəyişikliklər Əsas Qanunun uşaqların fiziki, əqli və əxlaqi inkişaf hüququnun digər hüquqlardan, o cümlədən toplaşmaq hüququndan üstün olduğunu qeyd edən 15-ci maddəsinə də təsir edəcək. 

Bu düzəliş hakimiyyət orqanlarına nümayişləri, o cümlədən LGBTQİ+ yürüyüşlərini qadağan etməyə imkan verəcək.

Müxalifətdən olan deputatlar fit və siqnal səsləndirərək müzakirələrə mane olublar.

"Sən bizə qadağa qoya bilərsən, amma həqiqəti qadağan edə bilməzsən" yazılan pankart açıblar.

Ölkədə LGBTQİ+ yürüyüşlərinin qadağan olunması ilə bağlı qanun bu ilin mart  ayında qəbul olunub.

Bu sənədlə uşaqların qorunması haqqında qanunu pozan tədbirlərin keçirilməsi qadağan olunur. 

Qanunda xüsusilə cinsin dəyişdirilməsi və homoseksuallığın “təbliğinə” qadağa qoyulur. 

Qanunu pozan tədbir təşkilatçıları və iştirakçıları 500 avroya qədər cərimə oluna bilər.

Həmçinin hüquq-mühafizə orqanlarına üz tanıma sistemi vasitəsilə şəxsləri müəyyən etmək hüququ da verilir.



Powered by Froala Editor