Rusiya trans siyasətçisi olan yeganə partiyanı ləğv edib

Rusiya Ədliyyə Nazirliyinin tələbi ilə Ali Məhkəmə “Vətəndaş Təşəbbüsü” partiyasını ləğv edib. Bu partiya vaxtilə Ksenia Sobçak və Boris Nadejdini namizəd kimi irəli sürüb, Altay şöbəsinə isə trans qadın Yuliya Alyoşina rəhbərlik edib.

Məhkəmə işinin sənədinə əsasən, Ədliyyə Nazirliyi bu tələbi hələ may ayında irəli sürüb. İclasın nəticələri barədə RBK məlumat yayıb. Jurnalistlərin məlumatına görə, “Vətəndaş Təşəbbüsü” bu qərarı apellyasiya qaydasında mübahisələndirmək niyyətindədir.

Ədliyyə Nazirliyi tələbin səbəbini partiyanın seçkilərdə zəif iştirak etməsi ilə izah edib. Son yeddi ildə “Vətəndaş Təşəbbüsü” yalnız bir dəfə — Primorsk vilayətində — regional qanunverici orqana namizəd irəli sürə bilib. Bələdiyyə seçkilərində isə partiya namizədləri yalnız 89 regiondan 19-da iştirak ediblər. Qanun partiyaların dövlət vəzifələrinə ölkənin ən azı 20% regionunda, bələdiyyə vəzifələrinə isə 50%-dən çoxunda namizəd irəli sürməsini tələb edir.

Powered by Froala Editor