DÇ “Qürur Matçı” ətrafında diplomatik gərginlik
Qürur Matçı” təşəbbüsü Misir və İran arasında narazılıq yaradıb və turnir başlamamış siyasi gərginlik yaradıb
12/Dec/25
44
DÇ “Qürur Matçı” ətrafında diplomatik gərginlik
2026-cı il Dünya Çempionatına ev sahibliyi edəcək şəhərlərdən biri olan ABŞ-ın Seattle şəhərində yerli təşkilat komitəsinin elan etdiyi “Qürur Matçı” təşəbbüsü Misir və İran arasında narazılıq yaradıb və turnir başlamamış siyasi gərginlik yaradıb.
Dünya Çempionatı 11 iyun–19 iyul 2026 tarixləri arasında Meksika, Kanada və ABŞ-da keçiriləcək. Seattle komitəsi hələ püşkatmadan aylar əvvəl, 26 iyun tarixində şəhərdə oynanacaq qarşılaşmanı rəsmi Qürur Ayına həsr etdiyini açıqlayıb və matça “Qürur Matçı” adını verib. Təşəbbüsün məqsədi LGBQİ+ icmasını şəhərin ən böyük futbol hadisəsi ilə bir araya gətirmək, Qürur Həftəsi çərçivəsində genişmiqyaslı proqram təşkil etməkdir.
Lakin keçən həftə keçirilən püşkatma zamanı gözlənilməz təsadüf yaranıb: Seattle şəhərində keçiriləcək həmin görüş Dünya Çempionatının G qrupunda LGBTQİ+ hüquqları ilə bağlı sərt qanun və repressiv praktikalara görə beynəlxalq tənqidlərlə üzləşən iki ölkəni, Misir və İran yığmalarını üz-üzə gətirib.
İranda homoseksual münasibətlər ölüm cəzası ilə cəzalandırılır, Misirdə isə “əxlaq” və “fəaliyyətə təhrik” maddələri LGBTQİ+ları hədəfə almaq üçün tez-tez tətbiq olunur. Hər iki ölkənin matçın Qürur çərçivəsində təqdim edilməsinə dair narahatlıq ifadə etdiyi bildirilir.
Seattle təşkilat komitəsi isə mövqeyini dəyişməyib. Komitənin sözçüsü Outsports açıqlamasında bildirib: “Futbol insanların sərhədlərdən, mədəniyyətlərdən və inanc sistemlərindən kənar şəkildə birləşə bilməsi üçün nadir platformadır. Qürur Matçı’ bu dəyərlərin — qarşılıqlı hörmətin, ləyaqətin və birliyin — simvolik nümunəsi olacaq.”
Misir və İran rəsmiləri artıq matçın “Qürur” çərçivəsində brendləşdirilməsinə etirazlarını təşkilatçılara çatdırıblar və bəzi kanalları vasitəsilə tədbirin formatının dəyişdirilməsinə çalışırlar.
Seattle isə hələlik mövqeyini dəyişmədiyini bildirir və Qürur Həftəsi çərçivəsində planlaşdırılan geniş proqramın davam etdiriləcəyini vurğulayır.
Powered by Froala Editor