Bələdiyyə başçısı anti-LGBTİ Dünya Ailələri Konqresinə qarşı
Turin Bələdiyyə Başçısı Çiara Appendino Verona şəhərində açılan anti-LGBTİ Dünya Ailələri Konqresinə (WCF) cavab olaraq eynicinsli ailələrə Turin şəhərinin dəstəyini göstərən bir banner açdı.
29/Mar/19
5829
İtaliyanın Turin bələdiyyə başçısı anti-LGBTİ
Dünya Ailələri Konqresinə qarşı
Turin Bələdiyyə Başçısı Çiara Appendino Verona şəhərində açılan anti-LGBTİ Dünya Ailələri Konqresinə (WCF) cavab olaraq eynicinsli ailələrə Turin şəhərinin dəstəyini göstərən bir banner açdı.
Banner 29 mart cümə günü Turin şəhər mərkəzində Şəhər meydanından asıldı. Müxtəlif ailələr - iki uşağı olan, biri əlil arabasında olan lezbiyan cütlük, tək valideyn, üç uşağı olan heteroseksual cütlük, iki uşağı olan qarışıq millətli cütlük və bir uşağı olan gey cütlük açılmış bannerdə öz əksini tapır.
"Turin istənilən ailəni sevir və qəbul edir", - bannerdə deyilir.
"Bu, Turin şəhərinin tarixini xarakterizə edən mövzulardan biri olan inklüzivliyi daşıyan gözəl bir mesajdır", - deyə bələdiyyə başçısı Appendino ictimai mediada bannerin açılmasından əvvəl yayımlanan videoda bildirib.