Həbsdəki jurnalist həbsdəki kuirlər haqqında yazıb
Xəyalə Ağayevanın 17 May məqaləsi
18/May/26
31
Həbsdəki jurnalist həbsdəki kuirlər haqqında yazıb
Xəyalə Ağayevanın 17 May məqaləsi
17 May – Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə həbsdə olan jurnalist Xəyalə Ağayeva dəmir barmaqlıqlar arxasından dəmir barmaqlıqlar arxasındakı kuirlər haqqında yazıb. Meydan TV-də dərc olunan məqalə bu il 17 Mayın ən çox oxunan, ən sarsıdıcı materiallarından biri olub.
Ağayeva içəridən yazır. Bakı İstintaq Təcridxanasındakı kameralardan birində Gülnaz adlı (ad şərtidir) məhbusla söhbəti ilə başlayır: “Mən bayıra çıxanda ‘içəridə transla oturmuşdum’ deyə bilmərəm. Bu, bizim aləmə tərsdir.”
Həbsxana = ikili sistemin ən sərt qalası
Ağayevanın təsvir etdiyi mənzərə dəhşətlidir
Trans qadınlar tranzisiya əməliyyatının tamamlanıb-tamamlanmamasına görə ya kişi, ya qadın korpusuna yerləşdirilirlər.
Kuir məhbuslar üçün ayrı kameralar “gey barak” adlandırılan yer.
Bu baraka düşənlər digər məhbuslarla eyni süfrədə otura bilmir, yeməyi tualetin yanında verilir, yatağı qapının ağzında olur.
Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında homoseksual məhbus iş görəndə “kişilər onları görmək istəmir” bəhanəsi ilə bütün kameraların nəfəsliyi bağlanır.
Hətta həbsxana işçiləri kuir məhbuslarla görüşmür, əks halda “mujiklər” onlara əl uzatmaz.
“Türmə qaydaları” cəmiyyətin davamıdır
Ağayeva ən kəskin müşahidəni yazının ortasında edir. Həbsxanada baş verən nə təcrid olunmuş bir reallıqdır, nə də sıradan bir nizam. Bu, cəmiyyətin birbaşa davamıdır. Çöldə homofobiya gizli, mədəni, ictimai təzyiq formasında işləyir. İçəridə isə eyni homofobiya yazılmamış qanun, fiziki ayrı-seçkilik, sistemli alçaltma kimi institutlaşır.
“Yaratdığı insan faciələri, törətdiyi şüursuz cinayətlərlə homofobiya təməl insan haqlarına qarşı ən böyük təhdiddir.”
Yazını Meydan TV-nin saytından oxuya bilərsiz.
Powered by Froala Editor