Avropa İttifaqı “konversion terapiyalarını” qadağan etmir
Avropa İttifaqı “konversion terapiyalarına” qarşı ümumi qadağa qoymaqdan imtina edib
18/May/26
48
Avropa İttifaqı “konversion terapiyalarına” qarşı ümumi qadağa qoymaqdan imtina edib
Avropa İttifaqı 27 üzv dövlət ərazisində LGBTQİ+ “konversion terapiyalarına”, yəni insanın seksual orientasiyasını və ya gender kimliyini “dəyişdirməyə” iddialı zərərli praktikalara ümumi qadağa qoymaqdan imtina edib.
Aprel ayında Avropa Parlamenti Aİ səviyyəsində belə bir qadağanın tətbiqinə dair təklifin lehinə səs verib. Daha sonra məsələ Aİ-nin əsas icra orqanı olan Avropa Komissiyasına ötürülüb., Komissiya açıqlayıb ki, Aİ-nin üzv dövlətləri belə bir qadağa qəbul etməyə məcbur etmək səlahiyyəti yoxdur. Səbəb kimi isə sağlamlıq və mülki məsələlər üzrə qanunvericiliyin üzv dövlətlərin daxili kompetensiyasında olması qeyd olunub. .
Komissiyanın prezidenti Ursula fon der Layen bu praktikanı sərt sözlərlə pisləyib:
“Konversion terapiyaların bizim İttifaqımızda yeri yoxdur. Aİ fəxrlə LGBTİQ+ icmasının yanında dayanır və hər kəsin azad, açıq və olduğu kimi yaşaya biləcəyi Bərabərlik İttifaqı vizyonunu bir daha təsdiqləyir.”
Qeyd edək ki, aprel ayında Avropa Parlamentinin 405 deputatı Avropada konversiya "terapiyalarına" Avropa Birliyi miqyasında qadağa qoyulmasının lehinə səs verib. Avropa Komissiyasının 18 may 2026-cı il tarixinə qədər bu işgəncəli təcrübələrin qadağan edilməsinə çağıran Avropa Vətəndaşları Təşəbbüsünü imzalayan 1,2 milyon Avrop Birliyi vətəndaşına rəsmi cavab vermək üçün vaxtı var idi.
Powered by Froala Editor