Serbiya açıq kuir prezidentə sahib ilk Balkan ölkəsi olub

Ana Brnabiç Serbiyanın prezidenti vəzifəsini icra edən şəxs olub. 

Aleksandar Vuçiçin istefasından sonra, Serbiya parlamentinin sədri Ana Brnabiç sentyabrın 28-dən etibarın Serbiya Prezidenti vəzifəsini icra etməyə başlayıb. 

Siyasətçi 2017-ci ildə Serbiyanın ilk qadın və seksual  oriyentasiyasını açıq şəkildə bəyan etmiş ilk lezbiyan Baş naziri təyin olunub. 

Ölkədə yaxın aylarda seçkilər keçiriləcək, bu isə o deməkdir ki, Brnabiç çox güman ki, bu vəzifədə uzun müddət qalmayacaq.

Brnabiç Serbiya Proqressiv Partiyasının üzvüdür. O, öz seksual oriyentasiyası barədə açıq danışsa da, əvvəllər Serbiyanın gey baş naziri kimi tanınmaq istəmədiyini bildirib. O, siyasətin prioritet təşkil edən digər sahələri ilə məşğul olduğu bir vaxtda LGBTQİ+ ilə bağlı hüquqi islahatları irəli sürmək istəmədiyini deyib. 

Siyasətçi həmçinin LGBTQİ+ fəalları tərəfindən tənqid olunub. Serbiyalı fəallar iddia edirlər ki, eyni-cinsli münasibətdə olmaslna və partnyoru ilə birlikdə uşaq böyütməsinə baxmayaraq, Brnabiç Serbiyada LGBTQİ+ bərabərliyini müdafiə edə bilməyib. 

Bununla belə, o, 2017-ci ilin sentyabrında Belqraddakı Qürur yürüşündə iştirak edərək Qürur tədbirinə qatılan ilk serbiyalı baş nazir olub.

Powered by Froala Editor