Rusiyada Vikipediya "LGBT təbliğatı"na görə cərimələnib
Moskvanın Taqanski məhkəməsi Vikipediyaya "senzuradan imtina" etdiyinə görə bir neçə yeni cərimə təyin edib
11/Nov/26
19
Rusiyada Vikipediya "LGBT təbliğatı"na görə cərimələnib
Moskvanın Taqanski məhkəməsi Vikipediyanın sahibi olan Wikimedia Fonduna "senzuradan imtina" etdiyinə görə bir neçə yeni cərimə təyin edib. Məhkəmənin "pozuntular" üzrə təyin etdiyi cərimələrin ümumi məbləği 15 milyon rubldan çoxdur. Pozuntular sırasında ensiklopediyada "LGBT təbliğatı" kimi qiymətləndirilən məzmun da var.
Moskva məhkəmələrinin saytındakı məlumata görə, hakim Aleksandra Anoxina bu gün Wikimedia Fonduna qarşı dörd eyni tipli işə baxıb. Bu Barədə Parni+ məlumat verib. İşlərin hamısı Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi üzrədir. Bu maddə saytın sahibi Roskomnadzorun nəyisə silmək tələbini nəzərə almadıqda tətbiq olunur.
"LGBT təbliğatı"ndan əlavə, ensiklopediyada Müdafiə Nazirliyinin istifadə etdiyi dövlət standartlarına dair məlumat da aşkarlanıb, hakim bu məlumatı "hərbi sirr" sayıb.
Powered by Froala Editor