Trinidad və Tobaqoda eynicinsli münasibətlər dekriminallaşdırılıb

Karib dənizindəki Trinidad və Tobaqoda yetkinlərin könüllü eynicinsli seksual münasibətlərə görə cinayət təqibi yekun olaraq ləğv edilib. 10 noyabr 2026-cı ildə Böyük Britaniyanın Məxfi Şurasının Məhkəmə Komitəsi bu münasibətləri cinayət sayan müddəaları konstitusiyaya zidd elan edib. 

Məhkəmə qərarında 1986-cı il Cinsi Cinayətlər Qanununun 13 və 16-cı maddələrinin şəxsi və ailə həyatına hörmət hüququnu pozduğunu bildirib. Bu müddəalar eynicinsli seksual əlaqələrə görə cinayət məsuliyyəti nəzərdə tuturdu. Bəzi əməllərə görə qanun 25 ilədək azadlıqdan məhrum etməyə imkan verirdi. Beş hakimin hamısı yekdilliklə qərara səs verib və könüllü eynicinsli münasibətlərə görə təqibi "şəxsi həyata əsassız müdaxilə" hesab edib. 

Proses 2017-ci ildə açıq gey və hüquq müdafiəçisi Jason Jones-un ayrı-seçkilik xarakterli normaları mübahisələndirməsi ilə başlayıb. 2018-ci ildə Trinidad və Tobaqonun Ali Məhkəməsi bu normaları konstitusiyaya zidd hesab edib. 2025-ci ilin martında isə apellyasiya məhkəməsi bu qərarı qismən ləğv edərək bəzi könüllü seksual münasibətlərə görə cinayət məsuliyyətini faktiki olaraq bərpa edib. Jones-un mübarizəni ali instansiyada davam etdirib.

Jones qərardan sonra bildirib ki, bu qanunlar ölkənin necə bir xalq olduğunu heç vaxt əks etdirməyib və LGBTQİ+lara öz ölkəsində cinayətkar olduqlarını bildirib: "Bu gün buna son qoyuldu." İnsan Hüquqları Müşahidə Təşkilatı (Human Rights Watch) qərarı alqışlayıb. Təşkilat qeyd edib ki, Britaniya müstəmləkə dövründən miras qalan bu cür qanunlar praktikada nadir hallarda tətbiq olunsa belə, onilliklər boyu LGBTQİ+lara qarşı stiqma, ayrı-seçkilik və zorakılığa şərait yaradıb.

Powered by Froala Editor