Hindistanda interseks aktivist tarix yazır
Çinju Asvati Hindistanda interseks fərdlərin hər gün insan haqlarının pozulması ilə rastlaşdığını deyir.
05/Apr/19
6690
Hindistanda interseks aktivist tarix yazır
Çinju Asvati Hindistanda interseks fərdlərin hər gün insan haqlarının pozulması ilə rastlaşdığını deyir. Çinju Asvati Hindistanda parlament seçkilərində iştirak edəcək ilk interseks fərddir. O, Kerala ştatının cənubunu təmsil edən Ernakulam parlamentinin aşağı palatasına namizədlik verir.
O, Hindistanda interseks fərdlərin həyatının transgenderlərinkindən daha pis olduğunu bildirir. Onun Newsrupt-a verdiyi məlumata görə, cəmiyyət interseksləri qəbul etməyə hazır deyil.
“Keralada interseks fərdlərin hüquqları pozulur və onlar adətən qadın və ya kişi kimi yaşamaq məcburiyyətində qalırlar”, - deyə Çinju bildirib.
Əhalinin təxminən 1.7%-i qeyri-tipik cinsiyyət xarakteristikaları, xromosomların, xarici cinsiyyət orqanlarının və ya cinsiyyət xromosomlarının müxtəlif variasiyaları ilə doğulur. Bütün dünyada adətən həkimlər müxtəlif variasiyalar ilə doğulmuş fərdlər üzərində əməliyyat edirlər.
Avropalı həkimlər son illər əməliyyatların fərdin qərarı ilə mümkün olacağını deyirlər. Asvati Keralada digər marjinallaşmış qruplar olan LGBT, Dalitlər, balıqçı və qadınlarla da işləyəcəyini bildirib.