Britaniya film baharı


Britaniya Film Baharı festivalındakı filmlər 17-24 may tarixlərində Park Cinema tərəfindən Flame Towers binasında tamaşaçılara təqdim olunacaq və bununla da Azərbaycanda British Council-ın Müxtəliflik Həftəsi başa çatacaq. The Favourite (Favorit), Dark River (Bulanıq Sular), Obey (Boyun Əy), The Happy Prince (Xoşbəxt Şahzadə), Disobedience (İtaətsizlik), On Chesil Beach (Çesil Sahilində), və Colette (Kolet) daxil olmaqla, müxtəlif janrlarda çəkilmiş yeddi diqqətəlayiq və maraqlı filmləri nümayiş etdiriləcək.

British Council Azərbaycandakı filialının direktoru Samr Şah qeyd edir: "2019-cu ildə Azərbaycanda keçiriləcək Britaniya Film Baharı, festivalın tarixində ən maraqlı və səbirsizliklə gözlənilən filmləri nümayiş etdirəcəkdir. Festivalın əsas mövzusu müxtəlifliyin və fərqliliyin qeyd edilməsidir. Biz bu illik ənənəni Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə birgə davam etdirməkdən, kinematoqrafiyanın bu nailiyyətlərini Azərbaycan tamaşaçıları ilə bölüşməkdən və hər iki ölkənin insanlarını bir araya gətirməkdən məmnunuq”.

Britaniya Film Baharını 2019-cu ilin "Ən yaxşı film"inə görə Oskar mükafatına namizəd olan "The Favourite" filmi açacaq. Filmində baş rolun ifaçısı 2019-cu ilin Oskar mükafatının qalibi olmuş Olivia Colman-dır. Bütün filmlər Azərbaycan dilində subtitrlarla İngilis dilində nümayiş etdiriləcək. Biletlərin qiyməti hər film nümayişi üçün 2 AZN-dir. Biletləri həm elektron şəkildə Park Cinema rəsmi səhifəsindən,  iTicket portalından,  həm də "Park Cinema"nın kassalarından əldə etmək olar. "Favorit" filminin premyerası üçün biletləri 10 may 2019-cu il tarixindən əldə edə bilərsiniz. 


Daha ətraflı məlumat üçün linkə keçid edin.