Sevgi qalib gəlir: Tayvan eynicinsli nikahı qeyd edir


Tayvan prezidenti: "Biz əsl bərabərliyə doğru böyük bir addım atdıq və Tayvanı daha yaxşı bir ölkəyə çevirdik”, - deyib. 

Tayvan LGBTİ icması və tərəfdarları 17 may cümə günü Asiyada eynicinsli nikahı qanuniləşdirən ilk ölkə olmağı qeyd etdi.

Ölkə parlamenti hökumətin eynicinsli cütlüklərə əks cinsli cütlüklərin hüquqlarına oxşar hüquqlar təklif edən qanun layihəsini dəstəklədi.

Bu, uzun illər davam məhkəmə qərarlarından, referendumdan və məclisdə müzakirələrdən sonra baş verdi.

Minlərlə LGBTİ hüquq dəstəkçisi səsvermə elan edildikdən sonra  parlamentin qarşısını toplaşmışdı.