Günün Parafrazı #1: 

Cəmiyyətdə LGBTQ fərdləri haqqında olan fikirlər (+18)


Fəallar Cavid Ağa və İlkin Mətdan Azərbaycan cəmiyyətində LGBTQ [lezbiyan, gey, biseksual, transgender/transseksual, interseks (hermafrodit), kuir (sorğulayan)] fərdləri haqqında olan fikirlərini Youtube kanalında bölüşüblər. 

“Azərbaycan cəmiyyətində LGBTQ [lezbiyan, gey, biseksual, transgender/transseksual, interseks (hermafrodit), kuir (sorğulayan)] fərdləri, ya da əksəriyyətin istifadə etdiyi dildə desək, geylər haqqında bir çox əsaslandırılmamış və gülünc fikirlər mövcuddur. Bu fikirlərin ortaq tərəfi odur ki, onları səsləndirən insanlar özlərinin homofob olmadıqlarını iddia edirlər. Biz isə bu söhbətimizdə həmin fikirləri müzakirə edib göstərməyə çalışırıq ki, insanların bəhanə kimi istifadə etdiyi əsaslandırılmamış bu fikirlər əslində hobofob fikirlərdir və LGBTQ fərdlərinin hüquqlarını məhdudlaşdırmaq üçün uydurulub. “