Victoria's Secretin ilk transgender mələyi
Victoria's Secret ilk dəfə öz mələklərinin sırasına transgender qadın əlavə edib.
05/Aug/19
6290
Victoria's Secretin ilk transgender mələyi
Victoria's Secret ilk dəfə öz mələklərinin sırasına transgender qadın əlavə edib. Bu xəbəri ilk elə Braziliyalı model və aktrisa Valentina Sampaio öz İnstagram səhifəsində paylaşıb. Model çox xoşbəxt olduğunu və bir ilkə imza atdığı üçün özünü şanslı hiss etdiyini qeyd edib.
Bu, hadisə Valentinanın karyerasında heç də ilk tarixi hadisə deyil. O, həmçinin Vogue jurnalının üz qabığında yer alan ilk transgender modeldir.
Xatırladaq ki, keçən il Victoria's Secretin əsas marketoloqu Ed Razekin "Düşünürəm ki, alt paltarı brendi transgender və ya plus sayz modellərə yer verməməlidir" sözləri çox böyük tənqidlə qarşılanmışdı. Sonradan o, bu sğzlərinə görə üzr istəmişdi.