Myanmarda insanlar gey seks qadağasına etiraz edirlər
Myanmarda aktivistlər insanları çeçələ barmaqlarını çəhrayı rəngə boyayaraq, ölkənin arxaik qanunu olan gey seksin qadağasına etiraz etməyə səsləyir.
28/Jan/20
6009

Pink Pinky kampaniyası təqiblərə məruz qalan Myanmar LGBTİ icmasının qarşılaşdığı acınacaqlı vəziyyətə diqqət çəkmək üçün başlanılıb.
Cakarta Postun verdiyi məlumata görə, kampaniya 22 yanvarda həftəsonu baş tutacaq Yanqon Qürur Yürüşündən əvvəl başlayıb. Aktivistlər qərarverici orqanlardan gey seks qadağasının aradan qaldırılmasını və anti-diskriminasiya qanunvericiliyinin qəbul edilməsinin tələb edirlər.
Myanmarlı aktivistlər icmanın hüquqi qorunma və hüquqi tanınmaya ehtiyacı olduğunu vurğulayır. Dünya gözəli yarışmasından əvvəl kaminq out edən Sve Zin Htet LGBTİ-lərin cəmiyyət tərəfindən qəbul olunması və rahat yaşaması üçün qanuna dəyişikliklər edilməsini qaçılmaz sayır. O, cəmiyyətə pozitiv təsir etmək üçün lezbiyan olduğunu keçən ilin dekabr ayında açıqlamışdı.