Polis Mumbay qürur yürüşünə qadağa qoydu
Mumbay polisi bu il keçirilməsi planlaşdırılan Qürur yürüşünə insanların siyasəti müzakirə etməsindən ehtiyat edərək qadağan etdi.
01/Feb/20
2443
Polis Mumbay qürur yürüşünə qadağa qoydu
Mumbay polisi bu il keçirilməsi planlaşdırılan Qürur yürüşünə insanların siyasəti müzakirə etməsindən ehtiyat edərək qadağan etdi.
Queer Azaadi Mumbay 2008-ci ildən bəri hər il Qürur yürüşünü təşkil edir. Lakin bu il yanvarın 29-u polis fevralın 1-də keçirilməsi planlaşdırılan yürüş üçün icazəni ləğv etdi.
Təşkilatçılar polisin məktubu Tvitterdə yerləşdirib. Dekkan Heraldın verdiyi məlumata görə, polis nümayişçilərin hökümət əleyhinə şüurlar səsləndirəcəkləri və Vətəndaşlıq Dəyişiklikləri Qanununa (VDQ) etiraz edəcəklərindən ehtiyat edir.
VDQ Hindistanın çoxluq təşkil edən siyasi partiyası olan hindu sağçıları Bharatiya Janata Partiyası tərəfindən təklif edirlərək, 2019-cu ilin dekabrında qəbul edilib.
Pakistan, Banqladeş və Əfqanıstanda dini təqiblərdən qaçanlar üçün Hindistan vətəndaşlığını sürətləndirmək məqsədi daşıyır.
Lakin bu qanun yalnız hindular, sikxlər, Buddistlər, Jeynlər, Parsislər və Xristianların adlarını çəkir və müsəlmanlara aid olmadığı üçün onları qorumur. Bu da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi tərəfindən "əsaslı ayrı-seçkilik" kimi tənqid edilmişdir.