Polis trans qadının ölümündə şübhəli bilənən beş nəfəri saxlayıb


Nepal polisi trans qadının ölümündə şübhəli bilinən beş gənci saxlayıb. Gənclər qadını elektrik naqili ilə boğub öldürərək, cəsədini dərəyə atmışlar. 

İyirmi doqquz yaşlı seks işçisi Acita Bhujelin cəsədi yanvarın 17-də tapılıb. Əməliyyatçılar onun ödəniş üzərində olan mübahisə nəticəsində öldürüldüyünü iddia edirlər. 

18-25 yaşlarında olan gənclərdən ibarət qrup ona 7000 rupi müqabilində yük maşınında seks təklif ediblər. Buna baxmayaraq, yerli medianın yaydığı məlumata əsasən, daha sonra ödəniş etməkdən imtina ediblər.