İsveçrədə anti-homofobiya qanunu səsvermədədir
Mühafizəkar ölkə LGBT-lərin ayrıseçkilikdən qoruması üçün qanunların tətbiq olunmaması ilə bağlı referendum keçirildiyi üçün İsveçrə seçiciləri bu gün səsverməyə gedib.
10/Feb/20
5498
İsveçrədə anti-homofobik qanun səsvermədədir
Mühafizəkar ölkədə LGBT-lərin ayrıseçkilikdən qoruması üçün qanunların tətbiq olunmaması ilə bağlı referendum keçirildiyi üçün İsveçrə seçiciləri bu gün səsverməyə gedib.
İqri, etnik və dini ayrı-seçkiliyin qadağan olunduğu İsveçrə bir çox qonşu Qərbi Avropalarında fərqli olaraq seksual oriyentasiyanı ayrı-seçkiliyə səbəb olacaq faktorlara daxil etməyib.
Qanundakı bu boşluq fərdi maliyyələşən təşkilatlara LGBTİ-lərə qarşı ayrı-seçkilik etməyə imkan verir. Bu yaxınlarda uşaqlar üçün nəzərdə tutulmuş gündüz baxım mərkəzlərindən biri eyni-cinsli cütlük və onların əkiz övladlarına dini əsas gətirərək xidmət göstərməkdən imtina etmişdir.
Qeyd edək ki, Cenevrədə Ümumdünya Beynəlxalq Gey və Lezbiyanların Assosasiyası (ILGA World) ofisi də keçən il iki dəfə vandalizmə məruz qalmışdır.
Təklif olunan qanunvericiliyə İsveçrə əhalisinin əksəriyyətinin, eyni zamanda, hökumətin də dəstəyi var. Erkən orğulara əsasən, əhalinin 62 faizi islahatın lehinə səs vermişdir.
Buna baxmayaraq, sağçı və dini qruplardan qanuna qarşı güclü təzyiqlər müşahidə olunur. Onlar söz azadlıqlarının məhdudlaşırıldığını bildirirlər.