Anqola homoseksuallığı dekriminallaşdırdı
Anqola müstəmləkə dövründən qalmış gey seksi qadağasına son verdi
17/Feb/21
1743
Anqola homoseksuallığı dekriminallaşdırdı
Anqola müstəmləkə dövründən qalmış gey seksi qadağasına son verdi
Anqola homoseksuallığı dekriminallaşdırdı, eynicinsli münasibətlər üzərində olan arxaik qadağanı aradan qaldırdı və ayrı-seçkiliyə qarşı müdafiə tətbiq etdi.
Yeni qanun ölkədə Portuqaliya müstəmləkəsi olduğu dövrdən miras qalmış eynicinsli əlaqələrin qadağasını ləğv etdi. Qadağada eynicinsli münasibətlər “təbiətə qarşı qəbahət” olaraq xarakterizə edilirdi.
Aktivist Jean-Luc Romero-Michel tvitterdə bu qanunun Cənubi Afrika ölkəsində LGBTİ+ icması üçün dövlət tərəfindən dəstəklənən ayrı-seçkiliyə qarşı mübarizədə “böyük bir addım” olduğunu yazıb.
O: "Anqolada 2019-cu ildə qəbul edilmiş homoseksuallığı dekriminallaşdıran qanun bu gün qüvvəyə mindi", - deyə yazıb.
“Seksual oriyentasiyaya görə ayrı-seçkilik indi qınanılır və hətta həbs cəzası ilə cəzalandırılır.
"Bu, insan hüquqları üçün böyük bir addımdır."
Yeni qanun seksuallığa görə ayrı-seçkiliyi də qadağan edir.
Dəyişikliklər 155 Angola millət vəkilinin cinayət məcəlləsini yeniləmək üçün təqdim etdiyi qanun layihəsindən sonra 2019-cu ilin yanvarında qəbul edilmişdi, lakin 2020-ci ilin noyabrına qədər ölkə prezidenti tərəfindən imzalanmamışdı.
Mənbə: PinkNews
Powered by Froala Editor