Medianın Queer Əhvalatı

In-Visible Film Festivali Leyla Hasanova təqdimatında “Medianın Queer Əhvalatı” adlı mühazirini sizə təqdim edir. İstər iqtidar, istər müxalif, istərsə də müstəqil olsun, media güc vasitəsidir və gündəlik həyatımıza birbaşa təsir edir. Nəticədə də gündəlik həyatda hansı subyektlərin səsinin eşidilib eşidilməyəcəyinə, hansılarının cəmiyyətdən təcrid edilib edilməyəcəyinə birbaşa təsir göstərir. Leyla Hasanova, QueeRadar-ın 2017-2019-cu illər arasını əhatə edən medianın queer monitorinqi əsasında Azərbaycan mediasının queer perspektivinə nəzər yetirəcək. Bundan əlavə, Azərbaycan mediasının Azərbaycanda yaşayan LGBTIQ+lərin ictimai yaddaşa necə həkk edilməsinə və təmsilinə təsiri haqqında müzakirə ediləcək. 

Leyla Həsənova - Marmara Universitetinin Kommunikasiya Elmi üzrə magistr pilləsində təhsil alır. Onun elmi işi Queer gettolar haqqındadır. Gender sahəsində fəaliyyət göstərir, araşdırmacıdır.
2016-2017-ci ildə Azərbaycan Mediasının Gender Monitorinqi - MGM layihəsinin həmtəsisçisi, hazırda isə Medianın Queer Monitorinqi - QueeRadar komandasının təmsilcilərindən biridir.

Tarix: 27.02.2021
Vaxt: 19:00-21:00 (Bakı vaxtı ilə)

Format: Onlayn (ZOOM proqramı vasitəsilə)

Qeydiyyatdan keçməyi unutmayın.

Müraciət üçün keçid linki

Powered by Froala Editor