Nəfəs LGBTİ: ikinci mini-podkast seriyası
Nəfəs LGBTİ Azərbaycan Alyansı ikinci mini-podkast seriyasını sizlərə məmnuniyyətlə təqdim edir
27/Mar/21
3169
Nəfəs LGBTİ Azərbaycan Alyansı ikinci mini-podkast seriyası
Nəfəs LGBTİ Azərbaycan Alyansı ikinci mini-podkast seriyasını sizlərə məmnuniyyətlə təqdim edir. Bu dəfəki mini-seriyada iki müxtəlif mövzu araşdırılıb və ilki “İnterseks Görünürlüyü” barədədir. İlk podkast yazısında Nigar və qonaq qismində dəvət olunan Vüsalə intersekslər haqda ümumi məlumat verib, onlara qarşı olan interfobiyadan danışıb və elcə də, ölkədəki hüquq çərçivəsində intersekslərə necə yanaşıldığından bəhs edib.
Podkastı linkə daxil olaraq dinləyə bilərsiz.
Nəfəs LGBTİ Azərbaycan Alliansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multi-məsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. 2012 – cu ildə yaradılan təşkilatın əsas məqsədi xüsusən LGBTİQ+lərin, qadınların və digər müxtəlif icmaların ayrı – seçkiliyə və təcrid olunmağına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyata fəal inteqrasiyasını təşviq edir.
Powered by Froala Editor