ILGA Avropa Rainbow Europe 2021 yayınlayıb
17 mayda nəşr olunan, 49 Avropa ölkəsində LGBTİ+lərin hüquqi və siyasi vəziyyətini sıralayan ILGA-Avropanın illik Göy qurşağı Avropa Xəritəsi və İndeksi son 12 ayda LGBTİ+ hüquqları üzrə irəliləyişlərin olmadığını qeyd edib
02/Jun/21
3083
ILGA Avropa Rainbow Europe 2021 yayınlayıb
17 mayda nəşr olunan, 49 Avropa ölkəsində LGBTİ+lərin hüquqi və siyasi vəziyyətini sıralayan ILGA-Avropanın illik Rainbow Europe Map and Index - Göy qurşağı Avropa Xəritəsi və İndeksi son 12 ayda LGBTİ+ hüquqları üzrə irəliləyişlərin olmadığını qeyd edib. Lakin bəzi ölkələrdə masadakı qanunvericilik təklifləri və fəaliyyət planları ilə hökumətlər gələn il Göy qurşağı Xəritəsi və İndeksinin çox fərqli görünməsini təmin etmək imkanına sahibdirlər.
Builki xəritədə qeyd edilən əsas tapıntılar arasında:
Albaniya, Finlandiya və Portuqaliya kimi ölkələr, demək olar ki, heç bir ciddi müsbət dəyişikliyin olmaması fonunda reytinqdə irəliləyiblər, səbəb isə çox kiçik dəyişikliklərin tətbiq edilməsdir.
Göy qurşağı ailələrinin tanınması ilə bağlı açıq öhdəliklərə baxmayaraq, heç bir ölkə partnyorluq və ya valideynliyin tanınması istiqamətində heç bir addım atmayıb.
Bədənin bütünlüyü və ya genderin hüquqi tanınması ilə bağlı uzun illər ərzində müsbət dəyişikliklər bildirilsə də, bu il İslandiya istisna olmaqla, interseks və trans hüquqlarında dəyişiklik yoxdur.
Müsbət bir məqam kimi, bəzi ölkələrdə (Bosniya və Herseqovina, Şimali Makedoniya) indi sərbəst toplaşma azadlığı ilə bağlı ictimai LGBTİ+ tədbirləri üçün təhlükəsizliyin artırılmasını əks etdirən hadisələr var.
Ardıcıl altıncı ildir ki, Malta Göy qurşağı Avropa xəritəsində birinci yeri tutmağa davam edir, Belçika dördüncü dəfə ikinci yeri və Lüksemburq ardıcıl üçüncü ildir ki, sıralamada üçüncü yeri tutur.
Göy qurşağı Avropa xəritəsinin sonunda üç ölkə - keçən il olduğu kimi, Azərbaycan, Türkiyə və Ermənistandır.
Nəfəs LGBTİ Azərbaycan Alyasından Cavid Nəbiyevin sözlərinə görə, Azərbaycanın artıq bir neçə ildir, sonuncu yerdə olmasının bir-biri ilə ələqəli səbəbləri çoxdur. O bildirib ki, LGBTİ+ hüquqları, icmanın sosial-iqtisadi və siyasi vəziyyətinin yaxşılaşdırılması hökumətin maraqlarına daxil deyil. Nəbiyev: “LGBTİ+ hüquqlarında müsbət nəticələrin əldə olunması üçün icma daxilində mobilizasiya yoxdur, həm də hər hansı bir dəyişikliklərə səsləyə biləcək litiqasiya baş vermir”, - deyə əlavə edib.
Powered by Froala Editor