LGBTİ+ ailələr haqqında kitab 18+ kimi yayınlanıb
Rusiyada LGBTİ+ ailələr haqqında ürəkaçan uşaq kitabı 18+ etiketi ilə yayınlanıb
24/Aug/21
2041
Rusiyada LGBTİ+ ailələr haqqında ürəkaçan uşaq kitabı 18+ etiketi ilə yayınlanıb
Rusiyada eynicinsli valideynləri olan uşaqlar haqqında uşaq kitabı ölkənin anti-LGBTİ+ qanunvericiliyi səbəbilə “18+” etiketi ilə yayınlanıb.
Sfera xeyriyyə fondu Guardian-a Rusiyanın gey propaqanda qanunu səbəbilə ölkədəki heç bir nəşriyyatın kitaba yaxın durmayacağı üçün kitabı Rusiya LGBT Şəbəkəsi ilə yayınladığını söyləyib.
Nifrət dolu qanun 2013-cü ildə Vladimir Putin tərəfindən imzalanıb və "ənənəvi olmayan seksual münasibətlərin" istənilən "təbliğatını" qadağan edib. Qanunvericiliyə görə, təqsirləndirilən hər kəs ağır cərimələrlə və ya 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Sfera kitabın "təkcə LGBTQ+ ailələr haqqında" olmadığını, eyni zamanda onlar üçün də olduğunu söyləyib - bu da onu "Rusiyada növünün ilk nümunəsi" edib. Lakin o, Rusiya qanunlarının kitabın 18+ etiketi ilə çap edilməsini tələb etdiyini də əlavə edib.
Sfera Guardian-a bunları deyib: "Başqa sözlə, mövcud qanunvericilik səbəbilə yalnız yetkin insanlara yönəlmiş bir uşaq kitabı çap etməkdən başqa seçimimiz yox idi... Bu, yalnız LGBT+lara qarşı diskriminasiyanı artıran və informasiyaya çıxışı limitləyən propaqanda qanununun gülünclüyüdür."
Dmitriy Kuzminin rusca tərcüməsi iki hekayəni bir başlıq altında birləşdirib: Axşamdan Şəfəqə qədər; Analar, Atalar və Uşaqlar. Sfera çap edilmiş 500 nüsxənin LGBTİ+ qrupları və influenserlər arasında paylanması ilə kitabın kommersiya məqsədi üçün bazara çıxarılmadığını söyləyib.
Guardian-a verdiyi açıqlamada xeyriyyə fondu kitabın fərqindəlik yaradacağına və "diskriminativ qanunvericilik ilə mübarizədə yeni bir mərhələ və impuls olacağına" ümid etdiyini söyləyib.
Powered by Froala Editor