Jurnalist Əvəz Hafizli intihara cəhd edib
Sentyabrın 4-dən 5-nə keçən gecə LGBTİ+ icma üzvü, jurnalist Əvəz Hafizli intihara cəhd edib
05/Sep/21
4553
LGBTİ+ icma üzvü, jurnalist
Əvəz Hafizli intihara cəhd edib
Sentyabrın 4-dən 5-nə keçən gecə LGBTİ+ icma üzvü, jurnalist Əvəz Hafizli intihara cəhd edib. O, transfob və homofob blogger Sevinc Hüseynovanın onun şəxsinə yönəlmiş açıq təhdidlərindən sonra bu addımı atıb. Əvəz Hafizli “Semaşko” xəstəxanasının toksikologiya şöbəsinə çatdırılıb. Hazırda vəziyyəti kafidir.
Bu gün, 5 sentyabrda Əvəz Hafizli Nəsimi rayonu 20-ci polis bölməsində Sevinc Hüseynovanın əməllərindən şikayət edib.
O, həmçinin özünün Feysbuk sosial şəbəkə hesabında başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın təqsirli olacağını bildirib.
Xatırladaq ki, blogger Sevinc Hüseynova bu ilin iyul ayından başlayaq, mütəmadi şəkildə özünün İnstaqram hesabında ölkənin LGBTİ+ icmasını hədəf göstərən canlı yayımlar və paylaşımlar edib. O, cəmiyyəti translara və geylərə qarşı zorakılıq və qətllər etməyə səsləyib, icmanı ölümlə hədələyib. Sevinc Hüseynova həmçinin yerli qanunvericiliyi “hərləmədiyini” bildirib.
Məsələ ilə bağlı trans icma üzvləri polisə və İnsan Hüquqları üzrə Müvəkkilə şikayət ediblər, eləcə də etiraz aksiyası keçiriblər. Lakin bloggerə qarşı hər hansı tədbir görülməyib.
Powered by Froala Editor