İspaniya: gey kişi şikayətini geri götürüb
Bıçaqla arxasına homofobik təhqir yazılan kişi indi də yaralarının razılıqla edildiyini iddia edib
09/Sep/21
2267
Bıçaqla arxasına homofobik təhqir yazılan kişi indi də yaralarının razılıqla edildiyini iddia edib
Homofobik xuliqan qrupunun arxasına “p***x” ifadəsini oyduğunu iddia edən ispaniyalı kişi indi də Madrid polisinə yaralarının razılıqla edildiyinj söyləyib.
İddia edilən hücum 8 sentyabr çərşənbə günü etiraz dalğasına səbəb olub və hökuməti nifrət cinayəti üzrə işçi qrupu toplamağa vadar edib - lakin indi zərərçəkmiş hər şeyi uydurduğuna israr edib.
Daxili İşlər Nazirliyindən mətbuata göndərilən bəyanatda adı açıqlanmayan zərərçəkmiş keçən bazar günü səkkiz maskalı basqınçının ona hücum etdiyi iddiasını geri götürüb.
Onun ilkin polis hesabatında dəstənin onu Malasaña məhəlləsindəki mənzil kompleksinə qədər izlədiyini və dodağını kəsmədən və bıçaqla arxasına təhqir oymaqdan əvvəl ona qarşı homofob təhqirlər işlətdiklərini ifadə edilib.
Mətbuata verdiyi açıqlamada hekayəsini geri çəkən zərərçəkmiş başqa bir kişinin sözü arxasına oymasına icazə verdiyini söyləyib. O, hazırkı partnyorunu itirməmək üçün yalan danışdığını iddia edib.
Milli Polis - Policia Nacional qüvvələrinin sözçüsü "The Guardian" qəzetinə bildirib ki: "kişi fadəsini dəyişib və hücumun razılıq əsasında olduğunu söyləyib".
O, yalan şikayət verdiyinə görə məhkəməyə verilə bilər.
Powered by Froala Editor