Keniya zərif gey filmi qadağan edib
Keniya “xristianlığı alçaltması” və “uşaqlar üçün uyğun olmaması” bəhanəsi ilə zərif gey filmi qadağan edib
27/Sep/21
1442
Keniya “xristianlığı alçaltması” və “uşaqlar üçün uyğun olmaması” bəhanəsi ilə zərif gey filmi qadağan edib
Keniya "Mən Samueləm" (I Am Samuel) sənədli filmini ölkənin konstitusiyasına "təhqir" olduğu üçün qadağan edib.
Keniya Film Təsnifat Şurası (KFCB) 23 sentyabrda keniyalı bir geyin qəbul edilmə mübarizəsini və başqa bir kişi ilə münasibətini ədahət edən Mən Samueləm adlı sənədli filmini qadağan etdiyini bəyan edib.
KFCB filmin Keniya dəyərlərinə və ölkənin konstitusiyasına zidd olduğunu iddia edərək "xristianlığı alçaltmaqla yanaşı qəbuledilməz" olduğunu söyləyib.
İdarə Heyətinin müdiri Christopher Wambua verdiyi açıqlamada filmin "ailəni cəmiyyətin əsas birliyi olaraq tanıyan və evliliyi əks genderdən olan iki şəxs arasında tanımlayan" konstitusiyanın "45 -ci maddəsinə hörmətsizlik" olduğunu söyləyib.
Wambua: "Üstəlik, qanunlarımız, mədəniyyətimiz və cəmiyyətimizin inancı müqəddəs bir ailə quruluşundadır", - deyib.
Powered by Froala Editor