Gey kişi homofobik nifrət cinayətinə məruz qalıb
Gey kişi qəddar 'homofobik nifrət cinayətində' çəkiclə vurulduqdan sonra evindən çıxmaqdan qorxur
06/Oct/21
1408
Gey kişi qəddar 'homofobik nifrət cinayətində' çəkiclə vurulduqdan sonra evindən çıxmaqdan qorxur
Gey kişi şübhəli homofobik nifrət cinayətində üzünə çəkiclə vurulduqdan sonra evini tərk etməkdən qorxduğunu söyləyib.
Lóránt-Árpád Tompos 18 avqust şənbə günü Devonun sahil qəsəbəsi olan Torquayda gecə 02:00 ilə 02:30 radələrində hücumə məruz qalıb.
Tompos LGBTİ+ icmasının bəzən gözdən uzaq gizli təhlükələr haqqında bilməsini istədiyi üçün öz təcrübəsi haqqında danışmağa qərar verib.
PinkNews xəbər portalına danışan Tompos şok edici hücumdan sonrakı həftələrdə "çox narahat olduğunu və yenidən küçəyə çıxmaqdan qorxduğunu" söyləyib.
Hadisə Torquayda dostlarla keçirdiyi gücənin sonunda baş verib. Evə qayıdarkən bir qrup kişi və qadın Tompos və dostlarına qarşı "düşmənçilik etməyə" başlayıb.
Tompos "qızlardan biri səsli telefon zəngi etdi və yüksək səs geylər tərəfindən taciz edildiyini söylədi, sonra bir kişi qrupu dostumun evinin qarşısına gəldi," deyə izah edib.
Kişilərdən birinin çəkic çıxarıb Tomposa yaxınlaşması ilə mübahisə daha da qızışıb.
Tompos "həqiqətən istifadə edəcəyini bir an belə düşünmədim," deyib. "Sonra özümü yerdə gördüm və başım ağrıyırdı."
Powered by Froala Editor