London: homofobik hücumda qadının çənəsi sınıb
Londonun West End mərkəzində vəhşi homofobik hücumdan sonra qadının çənəsi sınıb
19/Nov/21
2154
Londonun West End mərkəzində vəhşi homofobik hücumdan sonra qadının çənəsi sınıb
London polisi "homofobik" hücumda qadının telefon nömrəsini verməkdən imtina etməsindən sonra onu yumruqla yerə yıxan kişini axtarışa verib.
21 yaşlının çənəsi sınıb və o, Londonun West End bölgəsində gecə vaxtı amansız hücumdan sonra London Təcili Yardım Xidməti tərəfindən xəstəxanaya çatdırılıb.
Üzündən xəsarət alan qadın bir neçə gündən sonra xəstəxanadan buraxılıb.
Metropolitan Polisinin məlumatına görə, zərərçəkmiş noyabrın 1-i səhər saatlarında “çox flört edən” bir kişi onlara yaxınlaşdanda başqa bir qadınla gecə klubunu tərk edib.
Vestminsterdəki Piccadilly Circus yaxınlığında səhər saat 2.15 radələrində şübhəli cütlüyün mobil telefon nömrələrini istəyib.
Onlar şübhəliyə rəfiqə olduqlarını deyəndə o, homofobik söyüşlərlə cavab verib.
Daha sonra o, 21 yaşlı ikinci qadının ayaqlarına zərbə endirməzdən əvvəl qadını üzündən vururaq onu səkiyə yıxıb. Güc strukturları hadisəni seksual təcavüz kimi qeyd edib.
Powered by Froala Editor