Homoseksual atalarla bağlı araşdırma
Yeni bir araşdırmaya əsasən, homoseksual atalar da gender rolları ilə məhdudlaşmırlar.
09/Feb/19
4713
Yeni bir araşdırmaya əsasən, homoseksual atalar da gender rolları ilə məhdudlaşmırlar. Araşdırmaya görə, gey atalar heteroseksual kişilərdən uşaq yetişdirməsində daha aktivdirlər. Monrealda Kvebeq Universitetindən Erik Füje tərəfindən aparılan tədqiqat öz növündə ilklərdəndir. Yeddi il ərzində 46 ailə üzərində (92 homoseksual ata və 1-9 yaş aralığında 46 uşaq) müşahidə aparılmışdır.
Tədqiqat övladlarının böyüdülməsində gey ataların rollarını təhlil edib və onların valideynliklərinin "çox ədalətli" olduğunu aşkar etmişdir. "Homoseksual ataların vəzifə paylaşımının çox ədalətli olduğu öyrənildi", - Füje “Montreal Gazette”-ə müsahibəsində qeyd etmişdi. "Bütün növ valideyn rollarında yüksək səviyyədə öhdəlik var idi."
Daha sonra gey ataların ənənəvi heteroseksual ailələrdəki kişilərdən daha çox palitraya malik olduqlarını qeyd etdi. Həqiqətən maraqlıdır ki, onlar ənənəvi ataların roluna uyğun gəlmirlər. Onlar atalıq və kişilik mədəni anlayışlarının modellərini yenidən müəyyənləşdirir və təklif edirlər.
"Onlar oyun yoldaşları, qayğıkeşlər, qoruyucular, rol modelləri, əxlaq təlimatçıları ola bilərlər." - deyə qeyd etdi. Araşdırma yüksək gəlirli kişilərin ailənin həyatına daha az sərmayə qoyduqlarını müəyyən edib. Həmçinin "mədəni cəhətdən müəyyən edilmiş feminin" olan kişilər uşaq baxımına daha çox cəlb olunmuşdular.
Gey atalar və damğa
Digər yeni bir araşdırma gey ataların üçdə ikisinin stiqma ilə yaşadığını bildirmişdir. 47 ABŞ ştatından olan 732 gey atanın 63,5% -i homoseksual ata olduğuna görə stiqma ilə üzləşir. Bu stiqmanın əksəriyyəti dini mühitdən gəlir. Bu damğa gey ataların "xoşagəlməz, təcrid olunmuş, abırsız, ziyan vuran və ya arzuolunmaz hiss etdirdiklərini" ifadə edir. Sorğuda iştirak edənlərin dörddə biri keçən il ailə üzvləri, qonşuları, gey dostları və ya qarsonlar, xidmət təminatçıları və satış işçiləri kimi xidmət göstərən provayderlər tərəfindən stiqma ilə qarşılaşdığını bildirilib.
Tədqiqatın müəlliflərinə görə: "Davamlı sağlamlıq nəzarətində stiqmanın müzakirəsi və ailələrə dağıdıcı təsirlərinə qarşı mübarizə strategiyalarının öyrənilməsinə kömək etmək lazımdır."
Digər bir son araşdırma gey ataların heteroseksual atalardan daha yaxşı valideyn olduqlarını müəyyən etmişdir.
Mənbə: Gay Star News