Milad gecəsindən sonra trans aktivist güllələnib. O, 2021-ci ildə öldürülən 51-ci trans insan olub 

Amerikanın İndiana ştatında qaradərili trans qadın Ke’Yahonna Stoun barın qarşısında güllələnib.

Stoun həyat dəstəyindən çıxarılıb və çərşənbə axşamı 28 dekabrda vəfat edib. 

Trans səhiyyə müdafiəsi qrupunda yeni iş üçün İndianaya gələn 32 yaşlı gənc Milad gecəsini dostları ilə qeyd etdikdən sonra evə qayıdarkən bazar günü 26 dekabr səhər tezdən başından güllələnib.  

Stoun Çikaqoda yaşayırdı, Amazonda anbar seçicisi kimi işləyirdi və Trans Solutions Araşdırma və Resurs Mərkəzində işləməyə başlamaq üçün İndianaya qayıdıb.

Dostların dediyinə görə, barın qarşısında dava baş verən zaman Stoun dalaşanları ayırmaq istəyərkən vurulub.

WISH-TV xəbər verir ki, polis gecə saat 3 radələrində Epic Ultra Lounge parkında atışma ilə bağlı xəbərlərə cavab verib. İlk müdaxilə edənlər Stounu səhər saat 5:30-da yerli xəstəxanaya çatdırıblar.

Ke'Yahonna Stoun bu il ABŞ-da zorakılıqla öldürülən 51-ci trans olub. 



Powered by Froala Editor