Genderin leqal tanınması haqqında fobik qərar
Honq-Konq məhkəməsi transların qanuni genderlərini dəyişdirmək üçün qəsbkar cərrahiyyə əməliyyatı keçirmələrinə qərar verib
27/Jan/22
1793
Honq-Konq məhkəməsi transların qanuni genderlərini dəyişdirmək üçün qəsbkar cərrahiyyə əməliyyatı keçirmələrinə qərar verib
Honq-Konqdakı translar genderlərini təsdiq edən cərrahiyyə əməliyyatı keçirmədikcə, şəxsiyyət sənədlərində genderlərini rəsmi olaraq tanıya bilməzlər, məhkəmə qərar verib.
26 yanvar çərşənbə günü Honq Konq Apellyasiya Məhkəməsi Henry Tse və yalnız Q kimi tanınan şəxslərin verdiyi apellyasiya şikayətini rədd edib. Cütlük 2019-cu ilin fevralında Ali Məhkəmənin hökumətin mövcud siyasətini təsdiq edən qərarına etiraz olaraq apelyasiya şikayəti edib. Ali Məhkəmənin qərarına əsasən, translar yalnız genderini tam təsdiqləmə əməliyyatı keçirdikləri halda şəxsiyyət vəsiqələrində genderlərini dəyişə bilərlər.
Həm Tse, həm də Q genderlərini kişi olaraq qeyd edən Britaniya pasportuna sahibdirlər. Onların hər ikisi də sinə əməliyyat keçiriblər, lakin heç biri genderi tam təsdiqi əməliyyatı keçirməyib.
Hong Kong Free Press xəbər verib ki, Honq-Konqun hazırkı siyasəti, translar olaraq onlardan daxili reproduktiv orqanlarının çıxarılması və “bir növ penisin qurulmasını ehtiva edən cərrahi prosedurlardan keçməyi tələb edir”.
Qərara görə, Q belə qəsbkar prosedurun onun üzərində həyata keçirələcəyi risklərindən narahat olub.
Lakin Apellyasiya Məhkəməsi bildirib ki, səlahiyyətli orqanlar şəxsin gender kimliyini müəyyən edərkən “aydın, dəqiq, ardıcıl və obyektiv meyara” malik olmalıdırlar. Buna görə də, hakimlər əməliyyatın trans şəxsə “üstün tutulan cinsə ən yaxın olan aydın və geri dönməz oxşarlıq” verməli olduğunu söyləyiblər.
Powered by Froala Editor