Hondurasda üç kuir insan zorakılıqla öldürülüb
Hondurasda eyni gündə üç kuir insan zorakılıqla öldürülüb
08/Feb/22
1277
Hondurasda eyni gündə üç kuir insan zorakılıqla öldürülüb
Hondurasda eyni gündə üç LGBTİ+in qətlə yetirilməsi ölkədəki kuir insanlar üçün dəhşətli şəraitin göstəricisi olub.
Çərşənbə günü, fevralın 2-də Jonathan Gabriel Martínez və partnyoru Sezar Qustavo Zuniqa San Pedro Sulanın Ticamaya məhəlləsində Martinezə məxsus içki mağazasında güllələniblər.
Reporstar sin Miedo xəbər verir ki, qatillər polis geyimində olublar.
Elə həmin gün Hondurasın Komayaqua şəhərinin La Libertad bələdiyyəsi ərazisində 18 yaşlı Maria Fernanda Martínez güllələnərək öldürülüb.
Ona 10-dan çox atəş açıldığı və evinin qapısında başına daş vurulduğu bildirilib. Reporstar sin Miedo bildirib ki, o, ABŞ-da sığınacaq axtarmağa ümid edərək miqrant karvanına qoşulub.
Lezbiyan insan hüquqları qrupu Cattrachasa görə, faciəli ölümlər Hondurasda LGBTİ+in üzləşdiyi dəhşətli zorakılığın əlamətidir və 2009-cu ildən bu yana ölkədə ən azı 405 kuir insan öldürülüb.
Powered by Froala Editor